Dünyanın inanılmaz KOLLEKSİYALARI –   VİDEO
29 aprel 2021 20:15 (UTC +04:00)

Dünyanın inanılmaz KOLLEKSİYALARI – VİDEO

Maşın, pul koleksiyasını hamımız eşitmişik. Bunlar artıq insanı təəccübləndirmir. 

Lent.az bu dəfə sizi maraqlı kolleksiyalarla tanış edəcək.

Çipsi 

Martl Yanq adlı qadının çipsi kolleksiyası var. Çipsi fabrikində məhsul nəzarətçisi kimi çalışdığı üçün kolleksiyanı asanlıqla toplayıb. O, it, əlcək, kəpənək və müxtəlif formalı çipsiləri saxlayır. 

Dırnaq

Amerikalı Riçrd 1978-ci ildən kəsdiyi dırnaqları toplayır. O, kəsdiyi dırnaqları şüşə qabda saxlayır və bu kolleksiyası fəxr edir. Riçrd şüşə qabda saxladığı dırnaqları evinin qonaq otağında sərgiləyir. 

Saqqız

Beri adlı bu adam çeynədiyi bütün saqqızları atmaq əvəzinə, birləşdərək böyük bir top halına gətirib. O, siqaret asılılığında azad olmaq üçün nikotin tərkibli saqqızlardan istifadə etməyə başlayır. Daha sonra çeynədiyi saqqızları birləşdirmək qərarına gəlir. 

Etiket 

Çox vaxt bəzi meyvələrin üzərində etiket görürük. Gördüyünüz bu qadın 40 ildir həmin etiketləti toplayır. Etiketlərin nə qədər fərqli ola biləcəyini bilmək istəyən qadın bir müddətdən sonra kolleksiya topladığının fərqinə varıb. Nəticədə 7 min fərqli meyvə etiketinin şahidi olub.  

Pozan 

Petra Enqls adlı bu qadın 1981-ci ildən pozan toplayır. Dünyanın müxtəlif yerlərindən əldə etdiyi pozanların sayı 20 mindir və hamısını evindəki dolabda sərgiləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3834
avatar

Nigar Adil

Oxşar yazılar