Dünyanın  ƏN GÜCLÜ   uşaqları –  VİDEO 
04 iyun 2021 18:15 (UTC +04:00)

Dünyanın ƏN GÜCLÜ uşaqları – VİDEO 

“Uşaqlar hər şeyi tez öyrənir, onların yaddaşı itidir” kimi ifadələri tez-tez işlədirik və eşidirik. Çox vaxt bu uşaqlar həm məntiqi düşüncələri, həm də fiziki gücləri ilə böyüklərdən geri qalmır. 

Lent.az dünyanın ən güclü uşaqlarını təqdim edir:

 Trisstin Lii

Trisstin 15 yaşından bədəninə forma verməyə başlayıb. O, səhər saat 4-də yuxudan oyanır, idman salonuna gedir və olduqca ağır məşqlər edir. “İnstagram”a yüklədiyi fotolar onun məşhurlaşmasına səbəb olur. Hazırda onun 1,8 milyon izləyicisi var. Professional bədən şəkilləndirmə məşqçisi olan Lii həm də yaxşı futbolçu olmaq istəyir. “Gücün tükənənə kimi çalış”, Tristinin həyat şuarıdır. 

Ceyvın Volton 

Ceyvın idmanın bütün sahələrinə maraq göstərib. O, 4 yaşında boksla, 5 yaşında gimnastika ilə məşğul olmağa başlayıb. Artıq 12 yaşında yaşadığı bölgədə boks çempionatında birinci olub. 

Evnika Sadvkass

Qazaxıstanda yaşayan Evnika boks məşqlərinə 3 yaşından başlayıb. İdmançı ailəsində doğulsa da, uşağın idmana olan həvəsi diqqətdən yayınmır. Evnika o qədər surətli və güclüdür ki, əlləri ilə ağacın gövdəsini qırır. O, 30 saniyədə 190 yumruq vurur. Hazırda 13 yaşında olmasına baxmayaraq, bir çox boksçunu məğlub edəcək gücdədir. 

Ryuse İmaye

Yaponiyalı və 8 yaşında olan Ryuse iştirak elədiyi yarışların birində məşhurlaşır. O, Brüs Linin “Ölüm oyunu” adlı məşhur filmindəki səhnəni canlandırıb. Onu özünə örnək alır və hər gün davamlı olaraq məşqlər edir. 

Skay Braun 

Yapon əsilli Amerika vətəndaşı Skay uşaq yaşından bir çox uğurlara imza atıb. Gözəl rəqs edir, mahnı oxuyur, “sörf”lə məşğul olur. Amma ən böyük hobbisi “skeyt” sürməkdir. 3 yaşında “skeyt” sürən Braun 8 yaşında dünyanın ən gənc “skeyt”çisidir. 

Arat Hüseyni 

İki yaşında bir çox idmanla məşğul olur, amma sonda professional futbolçu olmağa qərar verir. “Qalatasaray” futbol klubunu sevsə də, hazırda “Liverpul”un azyaşlılardan ibarət komandasında oynayır. 8 yaşında olmasına baxmayaraq, “İnsatagram”da 5,5 milyon izləyicisi var.

# 7077
avatar

Nigar Adil

Oxşar yazılar