Türkiyənin Diyarbəkir bölgəsində yenidən zəlzələ baş verib.
Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, hazırda təkanlar davam edir.
Onlar həmçinin bildirib ki, zəlzələ nəticəsində 19 bina tamamilə dağılıb. Hazırda ölənlərin sayı 22 nəfərdir. Zəlzələdən zərərçəkənlərin sayının artacağı isə istisna edilmir.
Sakinlərdən dediyinə görə, demək olar ki, bütün şəhər əhalisi küçələrdədir:
“Hər kəs küçələrdədir. Diyarbəkir qədimi şəhər olduğu üçün evlərin bir çoxu zərər görüb”.