İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı Yol Patrul Xidməti avtomobili təhkim olunduğu inzibati ərazisində hərəkətdə olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edib.
Nazirlik əlavə olaraq görüntüləri də təqdim edib.