İmişlidə FACİƏ:  2 uşaq öldü, yaralılar var - YENİLƏNİB
18 yanvar 2025 16:22 (UTC +04:00)

İmişlidə FACİƏ: 2 uşaq öldü, yaralılar var - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50-də İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

33 yaşlı kişi və 10 yaşlı qıza ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib.

***

15:33

İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Lent.az-ın əldə etdiyi məlumata görə, qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağırdır. 

Yaralıların müalicəsi davam etdirilir.

***

saat 14:02

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. 

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19893
avatar

Oxşar yazılar