76 yaşlı nənə  hamilə qaldı
18 yanvar 2025 12:27 (UTC +04:00)

76 yaşlı nənə hamilə qaldı

ABŞ-ın Corciya ştatının sakini 76 yaşında hamilə qalıb və bu, ailəsi üçün böyük sürpriz olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, amerikalı qadın əvvəlcə başgicəllənmə və ümumi nasazlıq şikayətləri ilə xəstəxanaya aparılıb. Ailə üzvləri güman ediblər ki, nənənin qanında şəkər səviyyəsinə görə problemlər yarana bilər. Ancaq testlərdən keçdikdən sonra həkimlər şok xəbər veriblər: qadının problemi 12 həftəlik hamilə olması ilə əlaqədar imiş.

Həkim qadına "Sidik analizini aldıq və mütləq hamiləsən" deyib.

Təxmini doğum tarixi 2025-ci ilin iyuludur. Bu xəbəri qadının nəvəsi sosial şəbəkələrdə paylaşıb. İnformasiya böyük marağa və əks-sədaya səbəb olub.

Əgər hər şey qaydasına düşsə və qadın uşaq dünyaya gətirə bilsə, o, qocalıqda uşaq dünyaya gətirmək üzrə əvvəlki rekordu qıracaq. İlk dəfə olaraq, 2019-cu ildə Hindistan sakini Manqayamma Yaramati IVF-dən sonra 73 yaşında əkiz qızlar dünyaya gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar