Bakınnı Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5575 manatlıq oğurluq edilməsi barədə rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşlarının Xəzər rayon ərazisində keçirdikləri digər tədbirlərlə isə bir neçə evdən 1850 manat dəyərində məişət əşyaları, komputer oğurlamaqda şübhəli bilinən 27 yaşlı A.Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.