AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı onlar da araşdırılır
18 yanvar 2025 15:26 (UTC +04:00)

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı onlar da araşdırılır

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı Çeçenistanda hava hücumundan müdafiə sisteminin işini qiymətləndirəcək.

Lent.az yerli mediaya istinadla bildirir ki, həmçinin hava hərəkətinin idarə edilməsi sisteminin auditi təşkil olunacaq. Müstəntiqlər bundan əlavə Qroznı, Mahaçqala və Mineralnıye Vodıda dispetçerlərin hərəkətlərini öyrənəcəklər. Hazırda onların qəzaya uğramış təyyarənin komandiri ilə danışıqları hazırda təhlil edilir. Bildirilib ki, hərtərəfli təşkilati və texniki məhkəmə ekspertizası komissiyası təyin edilib.

İstintaq Komitəsi xatırladıb ki, hadisə ilə bağlı insanların ölümü ilə nəticələnən yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma (CM-nin 263-cü maddəsi) ilə cinayət işi açılıb. Bakıdan Qroznıya uçan Azərbaycan təyyarəsi Çeçenistanın paytaxtında hava hücumundan müdafiə sistemi ilə vurulub. Rusiyanın yaxın şəhərlərində enişinə icazə verilmədikdən sonra Qazaxıstanın Aktau şəhərinə gedib və nəticədə orada qəzaya uğrayıb.

İstintaq Komitəsi qeyd edib ki, hər iki ölkənin səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə yaradılıb, həmçinin Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə “Embraer” “qara  qutu”larından maddi sübutlar və məlumatlar öyrənilir.

İstintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyaları araşdırır.

Qeydedək ki, AZAL-ın təyyarəsi dekabrın 25-i səhər saatlarında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 39-u həlak olub. “Reuters” və “Euronews”un Azərbaycan hökumətindəki mənbələri bildiriblər ki, qəzaya səbəb Ukrayna pilotsuz təyyarələrinin Qroznıya hücumunu dəf edərkən təyyarənin yaxınlığında partlayan “Pantsir” buraxılış qurğusundan atılan raket olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15