Rusiyanın Moskva vilayətində kor qadın binadan yıxılaraq ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ramenskoye şəhərində baş verib.
73 yaşlı təqaüdçü təkbaşına mənzildə hərəkət edə bilməyib. Nəticədə fikri yayınan qadın 4-cü mərtəbənin pəncərəsindən yıxılıb.
O, aldığı xəsarətlərdən yerindəcə keçinib.