Xerson Regional Şurasının deputatları bir yığıncaqda üzərində Rusiya bayrağı çəkilmiş plakat üstündə dava salıblar.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat Yeqor Ustinovun çıxışı zamanı “Avropa həməyliyi” fraksiyasının nümayəndəsi Sergey Xlan yaxınlaşaraq “İşğalçının ortağı” yazılan plakatı və Rusiyanın bayrağını onun boynundan asmağa cəhd edib.
Ustinov opponentini itələyib, bundan sonra onların arasında dava düşüb. Nəticədə münaqişəyə “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputatlardan biri müdaxilə edib. O, Xlanı kənara itələyərək yerə yıxıb.
Ustinov qeyd edib ki, regional şura deputatının davranışı qəbuledilməzdir.