Türkiyənin Hatay şəhərində zəlzələ səbəbilə evi dağılan kişi bir neçə gün sonra avtomobilini dağıntılar altından çıxarıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, dağıntılar altından avtomobilini əzilmiş, yarım halda çıxaran Ahmet Oğural onu yolda sürüb.
O, bunun təhlükə olduğunu bilsə də, ayrı çarəsi qalmadığını deyib.
Oğuralın sözlərinə görə, maşını ukraynalı xilasedicilərlə qurtarıb. Daha sonra onun tavan hissəsini kəsib və mühərrikin işlədiyini görüblər. Hazırda avtomobillə yalnız şəhər mərkəzinə ərzaq almağa gedib-gəlirlər.