Çoban iti quzuya analıq edir -  İNANILMAZ HADİSƏ  -  VİDEO
19 aprel 2021 19:34 (UTC +04:00)

Çoban iti quzuya analıq edir - İNANILMAZ HADİSƏ - VİDEO

Yeni doğuş edən çoban iti 7 balası ilə yanaşı, Kezban adlı quzuya da analıq edir.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Bursada heyvandarlıqla məşğul olan 29 yaşlı Sezer Çubukun quzusu keçən ay doğulub. O, quzuya Kezban adını verib. Anasının südünün quzu üçün yetərli olmadığını görən Çubuk digər qoyunları sağaraq əldə etdiyi südü Kezbana içirtməyə başlayıb.  

Bu vaxt sürüdəki "Sarı" adlı çoban iti də doğuş edib. Bir müddət sonra Çubuk quzusunun çoban itindən süd əmdiyini anlayıb.

Sarının həm 7 övladı, həm də quzu Kezban üçün ana olması görənləri təəccübləndirir.

Həmin görüntüləri siz də izləyin.

 

Çoban iti quzuya analıq edir

# 3786
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar