Dünyaca məşhur keçmiş futbolçular Devid Bekhem və Terri Anri mübahisə edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mübahisə çips səbəbindən yaranıb.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Milan" - PSJ oyununda keçmiş futbolçular bir-birləri ilə söhbət ediblər. Söhbət zamanı Bekhem zarafatla Anriya "Mənim çipslərimi yedin?" deyib.
İki futbolçu arasındakı maraqlı dialoqun görüntüləri sosial şəbəkədə diqqət çəkib.
Lent.az həmin görüntünü təqdim edir: