Beynəlxalq silahlı qruplaşmanın rəhbəri Türkiyədə HƏBS EDİLDİ  - VİDEO
02 noyabr 2023 16:10 (UTC +04:00)

Beynəlxalq silahlı qruplaşmanın rəhbəri Türkiyədə HƏBS EDİLDİ - VİDEO

İstanbulda polis “Komançero” beynəlxalq silahlı mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Hasan Ayık, eləcə də təşkilatın daha 37 üzvünü həbs edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Komançero”ya daxil olan dəstələrin rəhbərləri türk və xarici təşkilatların liderləri, eləcə də üzvləri ilə birlikdə Türkiyəyə gələrək Cənubi Amerikadan Avstraliya, Hollandiya və Honq Konqa narkotik çatdırmağa cəhd ediblər. Onlar həmçinin çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Qeyd edilir ki, Ayık Avstraliya və ABŞ hakimiyyəti tərəfindən axtarışa verilib. Mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərliyi və üzvlərinin saxlanılması üçün İstanbulda “Qəfəs” əməliyyatı baş tutub.

Məlumata görə, istintaq təşkilatın 55 şübhəlisindən tapılan təxminən 4,5 milyard türk lirəsi (təxminən 160 milyon dollar) dəyərində aktivlərinə həbs qoyub.

Bu aktivlərə bank hesabları, daşınmaz əmlak, nəqliyyat vasitələri və 22 şirkətin səhmləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4062
avatar

Oxşar yazılar