Bakıda restoranlarda menyular niyə ana dilimizdə yazılmır? -VİDEO
30 dekabr 2025 12:00 (UTC +04:00)

Bakıda restoranlarda menyular niyə ana dilimizdə yazılmır? -VİDEO

0

İnsanların kütləvi istifadə etdiyi bəzi iaşə obyektlərində dilimizə münasibət hazırda gündəm olan mələlərdən biridir.

Lent.az xəbər verir ki, APA TV-nin apardığı araşdırmalar zamanı bəlli oldu ki, ölkə daxilindəki restoranların bir qismində xidmətlər öz dilimizdə göstərilmir. Çox təəssüf ki, bu restoranların əksəriyyəti də Bakının mərkəzində və premium xidməti ilə seçilənlərdir. Xüsusilə paytaxtdakı premium otellərin restoranlarında menyular ingiliscə və ruscadır. Paytaxtda xidmət göstərən, rus, ukrayn və gürcü restoranlarının da demək olar ki menyu ingilis və rus dillərində, türk restoranlarında isə Türkiyə türkcəsindədir. Bu məkanların əksəriyyətində restoran xidmətçiləri də rus dilində xidmət göstərirlər, telefon zənglərinə rus  dilində cavab verilir.  “Niyə Azərbaycan dilində xidmət göstərmirsiniz” sualına isə cavab absurddur.

“Axı biz rus, ya da ukrayn, ya da gürcü, türk restoranıyıq”. Bunun isə məsələyə heç bir dəxli yoxdur. Dünyanın heç bir ölkəsində həmin ölkənin dövlət dilində xidmət göstərmədən, menyu tərtib etmədən hüquqi cəhətdən işləmək mümkün deyil. 

Reportajın tamamına videoda baxa bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar