Bakıda "Prius" pilləkənlərlə yola düşdü - ŞOK VİDEO  - YENİLƏNİB
06 yanvar 2024 18:15 (UTC +04:00)

Bakıda "Prius" pilləkənlərlə yola düşdü - ŞOK VİDEO - YENİLƏNİB

Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən Lent.az-a bildirilib ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

***

Saat: 10:30

Bakıda daha bir sürücünün əməli görənləri heyrətə gətirib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan məlum olur ki, "Toyota Prius" markalı avtomobil paytaxt ərazisində pilləkənlərdən, camaatın arası ilə hərəkət edərək yola çıxıb.

Görüntülərin hansı ərazidə lentə alındığı məlum deyil.

Videonu təqdim edirik:

# 6663
avatar

Oxşar yazılar