Bakıda park edilmiş maşının nömrəsini çıxarıb atdılar - VİDEO
31 oktyabr 2023 10:27 (UTC +04:00)

Bakıda park edilmiş maşının nömrəsini çıxarıb atdılar - VİDEO

Bakıda park edilmiş maşının nömrəsi çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisənin Xətai rayonu, Əhmədli qəsəbəsində baş verdiyi deyilir.

Axşam saatlarında naməlum şəxs "Hyundai Santa Fe" markalı avtomobili ilə binalardan birinin həyətinə daxil olub. Bu zaman o, həyətdə park edilmiş "Hyundai i30" markalı avtomobilin dövlət qeydiyyat nişanını çıxararaq yol kənarına atıb. Onun hansı səbəbdən belə etməsi isə bəlli deyil.

Görüntüləri təqdim edirik:

# 3732
avatar

Oxşar yazılar