Bakıda maşın işıqforu vurub qırdı - VİDEO
02 sentyabr 2025 14:09 (UTC +04:00)

Bakıda maşın işıqforu vurub qırdı - VİDEO

0

Bakıda avtomobil işıqforu yararsız hala salıb.

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız hala düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar