Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı sürücü insanları iri yük maşını ilə vurmağa cəhd edib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, məlumata görə, Elçin Cənnətov adlı şəxs Kirov rayonu ərazisində yerləşən “U dorogi” adlı kafeyə iki dəfə sürətlə yük maşını ilə çırpılıb. Hadisə zamanı kafenin girişində bir kişi və bir qadın olub. Hər iki dəfə onlar sağ qalıblar.
Hadisə avqustun 10-da baş verib, sürücü isə dərhal Rusiyanı tərk edib. Məhkəmə onu qiyabi olaraq həbs edib. Cənnətov barəsində axtarış elan olunub, ona iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb.
Onun bu hərəkətinin motivləri məlum deyil.