Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ  - FOTO  + VİDEO  - YENİLƏNİB
02 iyul 2022 21:27 (UTC +04:00)

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTO + VİDEO - YENİLƏNİB

Xəbərə Zaqatalaya göydən düşən daşın videosu əlavə olunub.

***

1 iyun, saat 14:47

Zaqatalaya yad cisim düşüb.

Bu barədə Lent.az-a rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.

N. Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

N. Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır. 

Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

# 28377
avatar

Mehman Nəbiyev

Oxşar yazılar