Gürcüstana qaçan pakistanlılar
25 mart 2023 10:35 (UTC +04:00)

Gürcüstana qaçan pakistanlılar

Azərbaycandan qaçan pakistanlılar saxlanıldı - VİDEO

Azərbaycan-Gürcüstan sərhədini pozanlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə martın 24-də saat 15:35-də “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3093
avatar

Oxşar yazılar