Ağdərə rayonunun Talış kəndi ərazisində boşluq sahədə başlayan yanğın davam edir.
Lent.az APA-ya istinadla xəbər verir ki, yanğınsöndürmə tədbirlərinə FHN-nin yanğınsöndürən briqadaları və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
APA-nın əməkdaşı yanğının söndürülmə prosesini helikopterdən müşahidə edib və lentə alıb.