Ağakərimin  SON HALI   -  ÜRƏK DAĞLAYAN   VİDEO
02 dekabr 2021 09:22 (UTC +04:00)

Ağakərimin SON HALI - ÜRƏK DAĞLAYAN VİDEO

Meyxanaçı Ağamirzə bir neçə il öncə insult keçirən həmkarı Ağakərimi (Kərim Novruzov) ziyarət edib.

Lent.az-ın məlumatına görə, söz ustası dostu ilə görüş zamanı video çəkərək, onu sosial şəbəkədəki səhifəsində paylaşıb. Ağamirzə paylaşımına “Kərimin bu günki vəziyyəti. Allah bilən məsləhətdir”, - sözlərini qeyd edib. 

Xatırladaq ki, Ağakərimin oğlu Lent.az-a açıqlamasında bildirmişdi ki, atasının vəziyyəti yaxşı deyil, danışmaqda çətinlik çəkir. 

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

# 12990
avatar

Yalçın UĞUR

Oxşar yazılar