Ac it aparıcının  canlı yayımını   kəsdi -  VİDEO
02 fevral 2024 15:53 (UTC +04:00)

Ac it aparıcının canlı yayımını kəsdi - VİDEO

Koronavirus pandemiyası səbəbindən uzaqdan işləyən amerikalı meteoroloq Paul M. Delleqatto, iqlim dəyişikliyi barədə öz mənzilindən açıqlama verib. Lakin canlı yayımı dayandırmaq və dörd ayaqlı ev heyvanına diqqət yetirmək məcburiyyətində qalıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tampa Bay şəhərində (Florida, ABŞ) yerləşən evin otaqlarından birində sahibini axtaran "Brodi" adlı qızıl it hava proqnozunu pozub.

İt aclıq səbəbindən aparıcının canlı yayımını kəsib. Bununla belə, kanalın böyük izləyicisi, əksinə, internetdə məşhurlaşan itin efirə çıxmasını bəyənib.

Həmin görüntüləri təqdim edirik:

# 3579
avatar

Fidan İlqar

Oxşar yazılar