Tövratın əlyazma nüsxəsini satmaq istəyən şəxs tutulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Giresun şəhərində 700 yaşlı Tövratı 1,5 milyon dollara satmağa cəhd edən şəxs saxlanılıb.
700 illik yaşı olduğu təxmin edilən Tövratın əlyazması şübhəlinin üzərində tapılıb. Nəzarətə alınan şübhəli barəsində “mədəni və təbii sərvətlərin mühafizəsi haqqında qanunu pozma” maddəsi ilə cinayət işi başlanıb.
Müsadirə edilən Tövrat Giresun Muzey Müdirliyinə təhvil verilib.