Moskva yaxınlığındakı Puşkinoda polis yerli rayon şurasının deputatı Timur Aparini xüsusilə böyük miqyasda dələduzluqda şübhəli bilinərək saxlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, deputatın biznes ortağı polisə ərizə yazıb və orada Aparinin onu 5 milyon rubl (təxminən 96 min manat) aldatdığını bildirib.
Deputatın mənzilində axtarış aparılıb. Onun həyat yoldaşının mobil telefonu müsadirə edilib, Aparinin özü isə dindirilmək üçün aparılıb. Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək.
Digər məlumata görə, Aparin həbs olunmazdan əvvəl də Moskva vilayətində torpaq sahələri ilə bağlı sxemlərə görə hüquq-mühafizə orqanlarının diqqətinə düşüb.
Timur Aparin Moskva vilayətinin Puşkin Şəhər Dairəsinin Deputatlar Şurasının üzvüdür. O, həm də Puşkin Yerli İnkişaf Fondunun direktorudur.