Türkiyədə dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan insanların xilas edilməsi prosesi davam edir.
Lent.az xəbər verir ki, xilas olunanlardan biri də 3 yaşlı Miran adlı oğlandır. Belə ki, balaca uşaq 22 saat sonra dağıntılar altından xilasedicilər tərəfindən qurtarılıb.
Qeyd edək ki, zəlzələ nəticəsində ümumilikdə 2921 nəfər həyatını itirib, 15 min 834 nəfər yaralanıb və 7 min 840 nəfər isə sağ çıxarılıb.