Uşaqlara bu adların qoyulması  QADAĞAN EDİLDİ
13 yanvar 2023 19:45 (UTC +04:00)

Uşaqlara bu adların qoyulması QADAĞAN EDİLDİ

Yeni zelandiyalılara övladlarına “Kral”, “Müqəddəs” və “Məsih” adlarını qoymaq qadağan edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yeni Zelandiyanın Daxili İşlər Nazirliyi 2022-ci ildə səlahiyyətlilər tərəfindən rədd edilən körpə adlarının siyahısını açıqlayıb.

Bu siyahıya “Kral” , “Müqəddəs” və “Məsih” adları daxildir. Yeni Zelandiyanın Doğum, ölüm və evlilik qeydiyyatının rəisi Jeff Montgomery, bir tvitində adların "sahibini incitməməsini, ağlabatan uzunluqda olmasını və rəsmi titul və ya rütbəni təmsil etməməsini" təmin etmək üçün qaydalar olduğunu söyləyib.

Açıqlanan siyahıya əsasən, 2022-ci ildə ən çox rədd edilən ad “Kral” olub – valideynlər körpələrinə doqquz dəfə bu adı qoymağa cəhd ediblər. 2009-cu ildən bəri bu adın Yeni Zelandiyada uşaqlara verilməsinə çox vaxt icazə verilmir. 2022-ci ildə rədd edilən digər adlar "Müqəddəs" (8 dəfə), "Monarx" (7 dəfə), "Məsih" (4 dəfə), "Şah" və "Şahzadə" (hər biri 7 dəfə) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3300
avatar

Fidan İlqar

Oxşar yazılar