Uşaqlar diş fırçalamağa nə vaxt başlamalıdılar? - CAVAB
21 noyabr 2022 15:51 (UTC +04:00)

Uşaqlar diş fırçalamağa nə vaxt başlamalıdılar? - CAVAB

Hər bir insanda ağız və diş sağlamlığının əhəmiyyəti körpəlikdən başlayır. Əksər valideynlər uşaqlarına diş fırçalamağı 4-5 yaşlarından öyrətməyə başlayırlar. Amma uşaqlarda olan süd dişləri normal dişlərə nisbətdə daha çox üzvi maddə ilə zəngindir. Elə bu səbəbdən çürüməyə daha çox meylli, daha asan və sürətli çürüyərlər.

Maraqlıdır bəs, uşaqlar diş fırçalamağa nə vaxt başlamalıdılar?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov danışıb. 

Onun sözlərinə görə, uşaqlarda 6-7 ayından sonra dişlər təmizlənməyə başlamalıdır:

"Uşaqların dişləri 6-7 aylığından təmizlənməyə başlanılmalıdır. Fırça ilə təmizləmək məsləhət görülmür. Uşaqlar üçün xüsusi rezin barmağa keçən vasitə və ya pambıqla su ilə təmizləmək lazımdır. 2-2.5 yaşından başlayaraq dişləri valideyn nəzarətində fırça ilə təmizləmək məsləhət görülür. 3 yaşından başlayaraq uşaqlara dişlərini özlərinin fırçalamağı öyrənməlidir. Onlara dişləri fırçalamağı sevdirmək üçün valideynlər də uşaqlarla birlikdə eyni vaxtda dişlərini yumalıdılar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3405
avatar

Fidan İlqar

Oxşar yazılar