Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov
31 avqust 2021 15:01 (UTC +04:00)

Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov

"Qaçqınkom"un sabiq sədri 4000 manat təqaüdlə dolanır - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovdan bəhs edəcəyik.

Əli Şamil oğlu Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirib,

1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləyib.

1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini vəzifələrində çalışıb. 1980-ci ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini kimi işləyib. 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,

1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini,

1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışıb. 1990-cı ildə respublika Ali Sovetinin deputatı, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

1998-2019-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini olub. Eyni zamanda 1998-2018-ci illərdə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb.

1998-2018-ci illərdə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olub.

Baş nazirin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov hazırda işsizdi. 4000 manat təqaüdlə dolanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15180
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar