Dünyanın  ən soyuq   şəhərlərindən birində həyat necədir?
20 dekabr 2024 10:53 (UTC +04:00)

Dünyanın ən soyuq şəhərlərindən birində həyat necədir?

Turist bu şəhəri ziyarət edib və səfər zamanı onu ən çox nəyin heyrətləndirdiyini danışıb.

Malayziyadan olan 19 yaşlı Sin Yu Tan qeyri-adi yaşayış məkanındakı həyatının hekayəsini paylaşıb. O, hər il məşhur buz festivalının keçirildiyi Çinin ən soyuq şəhəri Harbində olub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Harbində temperaturun -20°C-dən aşağı düşməsinə və hətta termometrlərin belə donmasına səbəb olmasına baxmayaraq, Cin möhkəm geyinərək şəhərin ən mənzərəli guşələrini kəşf etməyi dayandırmayıb. Turist bayram ab-havasına qərq olub, nəhəng buz heykəllərinə heyran qalıb, özünü buz velosipedində sınayıb və xizək sürməkdən həzz alıb.

Qız üçün qış macərasının xüsusi anı maralı və haskilərlə görüşü olub. O, həmçinin yerli ləzzətli yeməkləri, o cümlədən məşhur tanhulus və şəhər bazarında satılan unikal yumurta burgerini dadmaq fürsətindən istifadə edib.

"Səyahətdə əsas məqsəd festivalda iştirak etmək idi. Mən tamamilə buzdan hazırlanmış əyləncə parkını görmək istəyirdim. Bu, çox nadir və heyrətamiz bir konsepsiyadır, ona görə də onu öz gözlərinlə görmək şansını qaçıra bilməzdim. 

Otelimizin təklif etdiyi təzə tanhulus və isti içkilərdən həzz aldıq və bazara getdik. Oradakı yeməklər çox dadlı idi, xüsusən də yumurtalı burger. Ən parlaq an həyatımda ilk dəfə xizək sürmək idi. Çətin, amma əyləncəli idi. Bunu mütləq unutmayacağam”, - turist bildirib.

Yu Tan səyahətə diqqətlə hazırlaşdığını, dərisini soyuqdan qorumaq üçün isti paltar və məhsulları diqqətlə seçdiyini bölüşüb. O, sərt şərtlərin öhdəsindən gəlmək üçün qış papağı, termal alt paltarı, sviter, jilet və palto da daxil olmaqla bir neçə qat paltar seçib.

O, həmçinin özü ilə xüsusi məhsul - günəş kremi kimi dərini qorumağa kömək edən at yağı götürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Oxşar yazılar