Avropada iyul ayı üçün ən yaxşı istirahət YERLƏRİ
09 iyun 2025 16:52 (UTC +04:00)

Avropada iyul ayı üçün ən yaxşı istirahət YERLƏRİ

İyul Avropada istirahət üçün ən populyar aydır. Elə bu səbəbdən yaxşı istirahət məkanı tapmaq çətindir – qiymətlər qalxır, hava çox isti olur, küçələr isə insanla dolur.

Lent.az bu yerləri sizə təqdim edir:

1. Menorka, İspaniya – günəşli çimərlik sevənlər üçün
Orta temperatur: 28°C

Balear adalarının ən şimalında yerləşən Menorka – daha məşhur "qonşuları" İbiza və Mayorkaya nisbətən daha sakitdir. Bu səbəbdən onun qar kimi ağ qumlu çimərlikləri və təpələrin zirvəsindəki ağ evli kəndləri toxunulmamış qalıb. 1993-cü ildə UNESCO tərəfindən bütöv ada biosfer qoruğu elan edilib və bu, onun əhəng daşı dərələrini və şam ağacları ilə əhatələnmiş körfəzlərini qoruyub saxlayıb. Menorkanın relyefi piyada və velosiped gəzintiləri üçün idealdır. İyulda sahil zolağı olan Cami de Cavalls yolunu yabanı çiçəklər bəzəyir. Günəşli hava və mülayim istilik isə sizi gözləyir.

2. Nant, Fransa – büdcəyə uyğun istirahət üçün
Orta temperatur: 24°C

Əksər turistlər Paris, Provans və Fransız Rivyerasına axın etdiyi vaxtda, şimal-qərbdə yerləşən sahilyanı Nant şəhəri sərfəli aviabiletlər və komfortlu hava ilə sevindirir. Burada bir çox açıq hava festivalları və konsertlər keçirilir – bir çoxu pulsuzdur. Həmçinin 7 hektar sahəsi olan Jardin des Plantes botanika bağı – 10 min növdən çox bitki ilə gəzinti üçün ideal məkandır. Foto həvəskarları üçün isə Le Voyage à Nantes adlı şəhər sənəti marşrutu mövcuddur: küçələr, damlar və Luara çayı sahili boyunca təxminən 120 incəsənət instalyasiyası yerləşdirilib.

3. Kalabriya, İtaliya – izdihamlardan uzaqlaşmaq üçün
İyulda Aralıq dənizi bölgəsində hava bəzən dözülməz olur, lakin İtaliyanın "çəkmə burnu" adlandırılan Kalabriya – isti hava ilə dolu yay aylarında belə sərinlik axtaranlar üçün əla seçimdir. Burada romantik dağlar, təmiz çimərliklər, qumdaşı mağaraları, həmçinin "tartufo" – içlikli, şokolad örtüklü dondurma sizi gözləyir. Əlavə olaraq, Reggio di Calabria şəhəri yalnız iki saatlıq qatar yolu məsafəsindədir. Oradan isə 35 dəqiqəlik bərələrlə Siciliyanın Messina şəhərinə keçmək mümkündür.

4. Reykjavik, İslandiya – istidən qaçmaq istəyənlər üçün
Orta temperatur: 13°C

İyul ayında İslandiyanın paytaxtı Reykyavik təxminən 20 saatlıq gündüz işığı ilə ziyarətçilərə unikal təcrübə təklif edir. Bu dövrdə yarımgecə günəşi altında açıq havada jakuzidə istirahət etmək mümkündür.

Buradan istər birgünlük ekskursiyalar, istərsə də "halqa yol" (ring road) üzrə avtomobil turları ilə:

şəlalələr,

buzlaq gölləri

və qayalarda yaşayan puffin quşlarının koloniyalarını görə bilərsiniz – bu quşlar iyulda ən aktiv dövrlərində olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar