Yeni ildə internet TƏHLÜKƏSİ: FBI-yə XƏBƏRDARLIQ
26 dekabr 2022 10:09 (UTC +04:00)

Yeni ildə internet TƏHLÜKƏSİ: FBI-yə XƏBƏRDARLIQ

Federal Təhqiqatlar Bürosu (FBI) ABŞ-da Milad bayramı ərəfəsində internetdəki təhlükələrdən yan keçmək üçün nəzərdə tutulmuş qısa təlimat təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kibercinayətkarlar öz zərərli resurslarının məşhur brendlər kimi təqdim edilməsi üçün reklamlardan istifadə edirlər.

Bu səbəbdən də FBI istifadəçilərə reklam bloklayıcılarından istifadə etməyi məsləhət görüb. Məlumata əsasən kibercinayətkarlar reklamlar vasitəsilə öz zərərli saytlarını məşhur brendlərin saytları ilə əvəz edə bilirlər.

Problem ondan ibarətdir ki, reklamlar çox zaman internetdəki axtarış nəticələrinin yuxarı hissələrində əks olunurlar. Buna görə də adi istifadəçilər onları adi axtarış nəticələri ilə səhv sala bilərlər. Bununla belə kibercinayətkarların saytları ilə əsl brendlərin saytları arasında fərq minimal olur. Həmçinin reklam linkləri istifadəçilərin cihazlarına zərərli proqram təminatlarının quraşdırılmasına gətirib çıxarda bilərlər. Nəticədə bu cür zərərli proqram təminatları istifadəçilərin cihazlarındakı şifrələri və digər məlumatları oğurlaya, cihazlardakı məlumatları şifrələyə və ya digər zərərli əməliyyatları yerinə yetirə bilərlər. FBI tərəfindən təqdim edilmiş məsləhətlər sadə olsalar da, çox effektivdirlər.

- Bu və ya digər linkə daxil olmamışdan öncə URL ünvanı yoxlamaq lazımdır. URL ünvan bir hərf ilə fərqlənə və ya onda hansısa simvolun yeri dəyişik ola bilər. Bu halda istifadəçinin URL ünvanını yoxlamadan bu cür dəyişiklikləri görə bilməsi demək olar mümkünsüzdür

- Axtarış sistemində bu və ya digər servisi axtarmaq əvəzinə URL ünvan bölməsində servisin ünvanını fərdi şəkildə yazmaq lazımdır. Bu da öz növbəsində zərərli resurslara keçidin qarşısını alacaq

- Hüquq-mühafizə orqanları istifadəçilərə brauzerlərdə reklamları deaktiv etmək üçün nəzərdə tutulmuş əlavələrdən (extensions) istifadə etməyi məsləhət görürlər. Bu üsulun əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçi öz istəyinə uyğun olaraq reklamların sərgilənməsini istənilən zaman aktivləşdirə bilər.

Reklamların bloklanması üçün nəzərdə tutulmuş əlavələr saytlardakı çoxlu sayda əlavə məlumatın aradan qaldırılması ilə yanaşı cihazın sistem resurslarına olan yüklənmələri də aşağı salır. Belə ki, bu və ya digər saytda olan çoxlu sayda reklam elanı öz növbəsində cihazın sistem resurslarına daha böyük yüklənmənin olmasına gətirib çıxardır. Bununla yanaşı reklam bloklayıcıları istifadəçilərin üstünlüklərini öyrənməkdə maraqlı olan Google və Facebook kimi platformaların reklam trekerlərini bloklayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2823
avatar

Fidan İlqar

Oxşar yazılar