“WhatsApp”da daha bir yenilik –  Mavi işarə  bura da gəldi
21 sentyabr 2023 12:57 (UTC +04:00)

“WhatsApp”da daha bir yenilik – Mavi işarə bura da gəldi

Mark Zukerberq “Meta”nın “Instagram” kanalında “WhatsApp”a yeni funksiyaların gələcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, artıq “Instagram” və “Facebook”dan başlayaraq “Meta Verified”, yəni təsdiqlənmiş mavi nişanlı hesabların tezliklə “WhatsApp”a gələcək. 

Bundan əlavə, istifadəçilər “WhatsApp”da biznes hesablar üzərindən müxtəlif ehtiyacları dəstəkləyən fərdiləşdirilə bilən formalar yarada biləcəklər. “WhatsApp” üzrə ödəniş edərək biznes hesablardan alış-veriş etmək də asanlaşacaq. 


 

# 101130
avatar

Sevinc Fərid

Oxşar yazılar