Yeni gizlilik müqaviləsi qərarında israrlı olan “WhatsApp”ın yanvar ayında tənqidlərdən sonra uzatdığı müddət bitmək üzrədir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 15 may tarixindən müqaviləni qəbul etməyən istifadəçilərin hesabları avqust ayında silinəcək.
Xatırladaq ki, sosial şəbəkə 8 fevralda gizlilik müqaviləsi ilə bağlı irəli sürdüyü qərarın qüvvəyə minəcəyini açıqladıqdan sonra yüz minlərlə istifadəçinin etirazı ilə qarşılansa da, ancaq vaxtın uzadılacağı bildirilmişdi.