“Twitter”in loqosunu 35.000 dollara satdılar
22 mart 2025 05:40 (UTC +04:00)

“Twitter”in loqosunu 35.000 dollara satdılar

Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan “Twitter”in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.

Lent.az xəbər verir ki, bu haqda “Associated Press” agentliyi məlumat verib.

Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan “RR Auction” hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.

Qeyd edək ki, Musk bundan əvvəl “Twitter”in keçmiş ofisindən digər əşyaları, o cümlədən lövhələr, mallar, həmçinin mətbəx avadanlığı və ofis mebellərini hərraca çıxarmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar