Türkmənistanda əvvəllər VPN olmadan işləyən "Steam" oyun platformasının girişinə məhdudiyyət qoyulub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, proqram VPN-lə açılır. Lakin ondan təyinatı üzrə istifadə etmək mümkün deyil və bu problem bir çox ölkədə də baş verib.
Türkmənistanın xəbər mənbələri bildirib ki, "Steam" vasitəsilə ölkənin bütün oyunçuları xeyli sayda onlayn oyunlar oynayırdılar. Lakin avqustun 10-dan "Steam" VPN olmadan işləmir, yəni, oynamaq qeyri-mümkündür. Bu, minlərlə istifadəçini məyus edib.
Qeyd edək ki, Türkmənistanda bütün xarici sosial şəbəkələr, nəhəng platformalar və bir çox saytlar bloklanıb.
Xatırladaq ki, "Steam" oyun platformasında baş verən problemin səbəbi hələlik dəqiq bilinmir.