Türkiyənin avtomobil istehsalı ilə bağlı YENİ XƏBƏR
23 mart 2022 19:06 (UTC +04:00)

Türkiyənin avtomobil istehsalı ilə bağlı YENİ XƏBƏR

Türkiyənin yerli və milli avtomobili olan TOGG-un ilin sonuna kimi istehsala başlayacağı açıqlandı.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır sosial media hesabında TOGG-nun yeni görüntülərinin paylaşılması ilə bağlı mətbuata məlumat verərək bildirib: "Millətimiz tərəfindən yaxından təqib edilən və maraqla gözlənilən Türkiyənin avtomobil layihəsi diqqət mərkəzindədir. İlin sonuna qədər TOGG-un istehsalına başlanacaq.

  Son günlər sosial şəbəkələrdə mənfi 40 dərəcə soyuq, güclü qar və buzlanma şəraitində aparılan sınaqların videoları böyük marağa səbəb olub. TOGG bütün bu sınaqlardan çox uğurla keçib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Oxşar yazılar