“VKontakte” və “Telegram” şirkətlərinin təsisçisi Pavel Durov “Telegram” messencerində gözlənilən yeni vacib yenilik barədə açıqlama verib.
Lent.az xəbər verir ki, artıq bu ay ərzində “Telegram” messencerində videokonfranslar sistemi tətbiq ediləcək.
Qeyd edək ki, hazırda “Telegram”da səsli ünsiyyət vasitələri dəstəyi mövcuddur. Onlarda iştirakçı sayına görə məhdudiyyət yoxdur – istənilən danışığı dünyada milyonlarla istifadəçi izləyə bilər.
Şirkət təsisçisi bildirib ki, videozənglərə gəldikdə, mayda səsli çatlara videoölçmə əlavə edilməklə “Telegram” qrup şəklində videozənglər üçün güclü platformaya çevriləcək.
“Telegram”da videokonfranslar üçün şifrləmə və səsin azaldılması kimi funksiyalar nəzərdə tutulub. Yeni alətdən smartfonlarla yanaşı, digər qurğularda – planşet və fərdi kompüterlərdə istifadə mümkün olacaq. P.Durovun sözlərinə görə, istifadəçilər sürətli iş və təhlükəsizliklə təmin ediləcək.
Qeyd edək ki, yanvarın əvvəlində aylıq aktiv “Telegram” istifadəçilərinin sayı 500 milyonu ötüb./“ICTnews”