Telefonunuzun batareyasının ömrünü uzadacaq  sadə üsul
27 may 2026 13:57 (UTC +04:00)

Telefonunuzun batareyasının ömrünü uzadacaq sadə üsul

0

Telefonun batareyasının daha uzun müddət işləməsi üçün mütləq yeni smartfon və ya batareya almağa ehtiyac yoxdur. Əsas məsələ gizli enerji sərfiyyatını azaltmaqdır. Düzgün yanaşma ilə hətta köhnə telefon belə bir neçə gün şarjsız işləyə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əksər köhnə smartfonlar artıq axşama doğru sönür və bu, qaçılmaz kimi görünür. Amma problem təkcə batareyanın köhnəlməsi deyil, həm də fon rejimində işləyən proqramlar və yanlış ayarlardır. Bu proseslər istifadəçi fərq etmədən enerjini “yeyir”. Ən effektiv üsul fon tətbiqlərini məhdudlaşdırmaqdır. Bir çox proqramlar arxa planda daim yenilənir, məlumat toplayır və batareyanı boşaldır.

Telefonun batareya ayarlarına daxil olaraq bu proqramların fon fəaliyyətini məhdudlaşdırmaq kifayətdir və nəticə artıq ilk gündən hiss olunur. Eyni zamanda ekran enerji sərfiyyatında əsas rol oynayır. Parlaqlığı azaltmaq və ekranın tez kilidlənməsini aktiv etmək ciddi qənaət yaradır. Xüsusilə müasir ekranlarda “dark mode” istifadə etmək batareyanın daha az xərclənməsinə kömək edir.

İstifadə olunmayan funksiyaları söndürmək də vacibdir. GPS, Bluetooth və mobil internet lazım olmadıqda aktiv qalırsa, telefon daim siqnal axtarır və bu da enerji sərfini artırır.

Köhnə telefonlarda əlavə fayllar və tətbiqlər də sistemi yükləyir. Lazımsız proqramları silmək və yaddaşı təmizləmək həm performansı artırır, həm də batareyanın daha az istifadə olunmasına səbəb olur.

Unutmaq olmaz ki, batareya yalnız istifadə zamanı deyil, fon rejimində də boşalır. Lazımsız prosesləri aradan qaldırdıqda telefon yalnız lazım olduqda işləyir və nəticədə şarj daha uzun müddət davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 38

Oxşar yazılar