Avtonom avtomobil şirkəti “May Mobility” parkını 30 sərnişin daşıya bilən və dəyişdirilə bilən akkumulyatorlara malik elektrikli robot-avtobusla genişləndirir.
Lent.az xəbər verir ki, yeni mikroavtobusun bir sıra özünəməxsus xüsusyyəti var.
Bunlardan biri əlil sərnişinlər üçün əlçatanlığı təmin etməsidir. Belə ki, mikroavtobus əlil sərnişinlərə xidmət göstərə biləcək şəkildə dizayn olunub.
Mikroavtobus sıfır emissiya və ekoloji cəhətdən təmizdir.
Nəqliyyat vasitəsi daha uzun işləmə müddəti və daha qısa doldurma müddəti təklif edir. Onun sürəti saatda 45 milə (təxminən 72 km/saat) çata bilir.
“May Mobility” 2026-cı ilin birinci yarısında yeni robot-avtobusları ABŞ, Kanada və Avropa bazarlarında istifadəyə verməyi planlaşdırır.