Sosial şəbəkələrdən  istifadə edənlərin   SAYI
21 iyul 2023 16:36 (UTC +04:00)

Sosial şəbəkələrdən istifadə edənlərin SAYI

Araşdırmalara görə sosial şəbəkələrdən dünyada əhalinin 60 faizindən çoxu istifadə edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu təxminən beş milyard insanın sosial şəbəkələrdən fəal istifadə etməsi deməkdir.

Sosial şəbəkələrin istifadəçilərinin sayı 2022-ci ildən bəri 3,7 faiz artıb. İnsanların sosial mediada keçirdikləri vaxt da gündə orta hesabla 2 saat 26 dəqiqəyə yüksəlib. Sosial şəbəkələrdə ən aktiv vaxt keçirənlər isə 16-24 yaş arası qadınlardır. 

Tədqiqatçıların fikrincə, insanların sosial şəbəkələrdə keçirdikləri vaxt yaşadıqları ərazidən əhəmiyyətli dərəcədə asılıdır. Məsələn, Şərqi və Mərkəzi Afrikada hər 11 nəfərdən yalnız biri sosial şəbəkələrdən istifadə edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3921
avatar

Arzu Qurbanlı

Oxşar yazılar