Qışda maşının ön şüşəsinə  bu 3 şeyi etməyin
18 dekabr 2022 18:18 (UTC +04:00)

Qışda maşının ön şüşəsinə bu 3 şeyi etməyin

Qışda avtomobilin ön şüşəsinin daim donması sürücülər üçün əbədi problemdir.

Buzları təmizləmək çox vaxt və səy tələb edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, ön şüşənin buzunun əriməsini sürətləndirmək üçün bəzi sürücülər çox xoşagəlməz nəticələrə səbəb ola biləcək hərəkətlər edirlər.

Qışda ön şüşə ilə nə etmək olmaz?

Ən çox yayılmış səhvlərdən şüşə üzərinə qaynar suyun tökülməsidir.

Bəzi sürücülər bunu hər zaman edir və şüşəyə pis heç nə olmayacağına əmin olurlar, lakin bütün şüşələr fərqlidir və ola bilər ki, avtomobilinizdəki şüşə çox möhkəm deyil və qaynar sudan dərhal partlayacaq.

Başqa bir məşhur üsul, antifriz ilə buzu əritməkdir. Burada problem belədir: şüşəyə çoxlu antifriz töksəniz, o, mühərrik bölməsinə hava girişinə axacaq və avtomobildə kəskin kimyəvi qoxu yarnacaq.

Həmçinin, bir çox sürücü sadəcə plastik qazıyıcı ilə buzu təmizləyir. Prinsipcə, bu, diqqətlə aparılarsa, edilə bilər: bərk basmayın, şüşə cızılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708
avatar

Oxşar yazılar