2025-ci ildə “Porsche 911” satışları rekord həddə çatıb.
Lent.az xəbər verir ki, ümumi olaraq marka satışları 10% azalsa da, 911 modeli illik 1% artım göstərib.
Bu uğurun əsas səbəbi “T-Hybrid” texnologiyasıdır. Xüsusilə 911 GTS və 911 Turbo S versiyaları yeni müştərilər cəlb edib.
“Porsche” keyfiyyət üstünlüyü strategiyası ilə həm gəlirliliyini qoruyur, həm də daxili yanacaq, hibrid və tam elektrikli modellərlə balanslı məhsul çeşidi təqdim edir.
Avropada elektrikli və hibrid satışları ilk dəfə ənənəvi modelləri ötüb.