Hazırda nəhəng asteroidin Yerə doğru yaxınlaşdığı bildirilir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə NASA məlumat yayıb.
Eni 1067 metr olan göy cismin gələcəyi tarix də müəyyən edilib. Belə ki, mütəxəssislər asteroidin yanvarın 18-də Yerin yaxınlığından keçəcəyini bildiriblər.
1994-cü ildə kəşf edilən 7489 adlı asteroidin Nyu-Yorkun məşhur “Empire State” binasından 2.5 dəfə böyük olduğu qeyd olunub.