“Microsoft” şirkəti dünyanın ən məşhur yayım platforması olan “Netflix”i almaq istəyir.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” saytı məlumat yayıb.
Məlumata görə, hazırda “Microsoft” “Activision Blizzard” şirkətinin hissələrini almağa çalışır. Əgər müqavilə alınsa növbəti hədəf “Netflix” platforması olacaq.
Analitiklərin sözlərinə görə, şirkət “Netflix”i almaq üçün ən azı 190 milyard dollar ödəməlidir.
Qeyd edək ki, iki şirkət arasında sıx əlaqələr mövcuddur. “Netflix” öz abunəliklərini “Microsoft”un servislərində reklam edir.