Meymundan sonra insan beyninə də çip yeridilir - Artıq bir könüllü müraciət edib
09 fevral 2021 18:34 (UTC +04:00)

Meymundan sonra insan beyninə də çip yeridilir - Artıq bir könüllü müraciət edib

Elon Musk yenidən diqqət mərkəzindədir. O, ötən gün "Neuralink" şirkətinin uğurla meymun beyninə naqilsiz implant yerləşdirdiyini və meymunun həmin implant sayəsində kompüter oyunları oynadığını bildirmişdi. Musk, həmçinin, beyin implantlarının insanlar üzərində təcrübədən nə zaman keçiriləcəyi barəsində məlumat verib.

Lent.az "technote"a istinadən xəbər verir ki, keçən həftə o, gözləntilərə əsasən, beyin implantları bir çox səhhət problemini aradan qaldıracaq.

İfliclikdən tutmuş nevroloji xəstəliklər səbəbilə itirilmiş ağıl bacarıqlarının geri qaytarılmasına kimi.

Elon Muskın sözlərinə əsasən, o bu texnologiyanı insan beyni ilə kompüterin birləşməsi kimi görür. Bu isə öz növbəsində insanın bacarıqlarını daha da genişləndirməlidir.

Meymun beyninə çipin yerləşdirilməsi barəsində məlumatın verilməsi fonunda "Twitter" istifadəçilərindən biri Musk-a cavab olaraq yazıb ki, o, 20 il bundan öncə keçirtmiş olduğu yol qəzası səbəbilə iflic olub və "Neuralink"in insanlar üzərində klinik testlərin keçirilməsində iştirak etmək istəyir. Çünki o öz itirilmiş bacarıqlarını geri qaytarmaq istəyir.

Bir neçə gündən sonra Musk həmin şəxsin tweet-nə cavab verib və qeyd edib ki, Neuralink hal hazırda ABŞ-ın qida məhsulları ilə dərmanlarının keyfiyyətlərinə sanitar nəzarət üzrə idarəetmədən (FDA) icazənin alınmasını gözləyir. İcazənin alınmasından sonra insanlar üzərində ilk təcrübələrə start verilə bilər. Onun sözlərinə əsasən bu, 2021-ci ildə baş verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3123
avatar

Oxşar yazılar