"Jaguar" bu tarixdən benzinlə işləyən maşın istehsal etməyəcək
16 fevral 2021 14:10 (UTC +04:00)

"Jaguar" bu tarixdən benzinlə işləyən maşın istehsal etməyəcək

Hal-hazırda elektrikli avtomobil istehsalını artırmaqda davam edən Jaguar 2025-ci ildə sadəcə elektrikli avtomobil istehsal edəcək.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Hindistan mərkəzli “Tata Motors”un bir hissəsi olan Jaguar bir müddət əvvəl CEO dəyişikliyi etmişdi. Şirkətin yeni CEO-su Thierry Bollore Jaguarın gələcək hədəfləri haqqında açıqlama verərkən bildirib ki, yalnız elektrikli avtomobil istehsalına fokuslanıblar. Jaguar I-Pace ilə ilk addımı atan şirkət kəskin dönüş edərərk qısa zamanda daxili yanma mühərriklərindən imtina etməyi hədəfləyib.

Eyni zamanda “Tata Motors”un bir hissəsi olan Land Rover də elektrikli avtomobil istehsalına keçir. Şirkət bildirib ki, hər şey younda getsə, 10 ilin sonunda Jaguar satışının 100%-ni, Land Rover isə 60%-ni elektrikli avtomobillər təşkil edəcək.

# 3450
avatar

Oxşar yazılar