“iPhone 15 Pro”nun   təmir qiyməti açıqlandı
20 sentyabr 2023 12:01 (UTC +04:00)

“iPhone 15 Pro”nun təmir qiyməti açıqlandı

“Apple” şirkətinin son model “iPhone 15 Pro” smartfonlarının təmir qiyməti açıqlanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yeni modelin təmir qiyməti “iPhone 14 Pro”dan ucuz olacaq. Flaqmanın arxa panelinin təmir xərcləri azalıb.

Məlumata görə, Amerikada “iPhone 15 Pro” üçün arxa şüşənin dəyişdirilməsi 169 dollar, “iPhone 15 Pro Max” üçün 199 dollar olaraq qiymətləndirilib. Müqayisə üçün bildirilir ki, “iPhone 14 Pro” və “14 Pro Max”ın bu kimi təmirləri olduqcaq bahalıdır – 499 və 549 dollar. Bununla yanaşı, arxa panelin dəyişdirilməsi 29 dollara başa gələcək.

Qeyd edilir ki, ekran təmirinin qiyməti yüksək olaraq qalır.

 

# 11805
avatar

Sevinc Fərid

Oxşar yazılar