“iPhone 15 Pro”nun  rekord yaddaşı   olacaq
08 avqust 2023 12:20 (UTC +04:00)

“iPhone 15 Pro”nun rekord yaddaşı olacaq

“Apple” şirkəti “iPhone 15” modellərini sentyabr ayında təqdim edəcək.

Lent.az xəbər verir ki, “iPhone 15 Pro” seriyalı smartfon 2 terabayt daxili yaddaşla satışa çıxarılacaq.

Mütəxəssizlərin sözlərinə görə, “iPhone 15 Pro” və “15 Pro Max” rekord həcmdə 2 terabayt yaddaşla təchiz ediləcək. “iPhone 15 Pro” və “15 Pro Max” modelləri 256 və 512 giqabayt, həmçinin 1 və 2 terabaytlıq versiyalarda da buraxılacaq.

Keçən mövsüm də “iPhone 14” modelləri ilə bağlı belə xəbərlər yayılmışdı. Amma məlumat təsdiqlənmədi. Bildirilir ki, “Apple” şirkəti “iPhone 15” seriyalı smartfonların elanını sentyabrın 13-nə planlaşdırıb. Çox güman ki, satış sentyabrın 22-də başlayacaq.

# 3405
avatar

Sevinc Fərid

Oxşar yazılar